Bütün xəbərlər
Bir qrup uşaq köhnə mərmi ilə oynayarkən partlayış baş verib
Tarix: 09-08-2026 18:58 | Bölmə: Dünya

Əfqanıstanda bir qrup uşaq köhnə mərmi ilə oynayarkən partlayış baş verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Pajhwok" xəbər agentliyi regional polis idarəsinə istinadən məlumat verib.
Faciə 8 avqustda Qəzni əyalətinin Nuqi kəndində baş verib. Uşaqlar köhnə mərmi ilə oynayarkən partlayıb. Partlayış nəticəsində iki uşaq ölüb, üç nəfər yaralanıb.
Xəbərdə həmçinin bildirilir ki, həmin gün həmin əyalətin Qarabağ rayonunun Mir Həsən kəndində başqa bir uşaq mərmidən yaralanıb.
BMT-nin məlumatına görə, Əfqanıstanda hər ay orta hesabla 50 nəfər, əksəriyyəti uşaq olmaqla, onilliklər davam edən müharibədən sonra torpaqda qalan mina və sursatlar nəticəsində həlak olur.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər