Bütün xəbərlər
İsrail Fələstin Dövlətinin yaradılmasına qarşıdır
Tarix: 09-08-2026 17:45 | Bölmə: Dünya


 Qəzzada, nə Yəhudeya və Samariyada Fələstin dövləti olmayacaq və İsrail HƏMAS həqiqətən tərksilah olunana qədər Qəzzadan çəkilməyəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahu bunu bildirib.
İsrail Baş naziri Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyini bir daha təkrarladı.
"Qəzza zolağı ilə bağlı ilk növbədə açıq şəkildə bildirmək istəyirəm: Baş nazir olduğum müddətcə Qəzzada, Yəhudeyada və Samariyada Fələstin dövləti olmayacaq. "FƏTƏHSTAN" və ya "HƏMASTAN" olmayacaq".
O, həmçinin bildirib ki, HƏMAS həqiqətən tərksilah olunana qədər İDF qoşunlarını geri çəkməyəcək.
"Və biz uydurma tərksilahdan deyil, əsl tərksilahdan danışırıq".
BENJAMIN NETANYAHU BİLDİRDİ.
FƏTH 1950-ci illərin sonlarında Küveytdə Fələstin diasporu arasında yarandı.Hərəkat Fələstin Milli Hakimiyyətinin (FMH) təməli oldu. Bu gün FƏTH əsasən siyasi partiyadır.Onun lideri həm də FMH-nin prezidenti Mahmud Abbasdır.
İslamçı HƏMAS hərəkatı 1987-ci ilin dekabrında Birinci İntifadadan sonra yarandı. Onun təsisçisi Şeyx Əhməd Yasin idi. O, 2004-cü ilin mart ayında Qəzza zolağında öldürüldü; İsrail helikopterləri onun avtomobilinə raket atəşi açdı.
Keçmiş Avropa Birliyi diplomatı Josep Borrell 2024-cü ildə İsrailin illərdir HƏMAS-ı maliyyələşdirdiyini, xüsusən də FƏTH-i zəiflətmək məqsədi ilə olduğunu bildirdi.
2006-cı ildə HƏMAS Fələstin Qanunvericilik Şurası seçkilərində qalib gəldi və daha sonra 2007-ci ildə FƏTH qüvvələrini devirərək Qəzza zolağına nəzarəti ələ keçirdi. Daha sonra FƏTH Qərb Sahilini, HƏMAS isə Qəzzanı nəzarətə götürdü.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər