Bütün xəbərlər
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
Tarix: 05-08-2026 20:22 | Bölmə: Dünya


 "Bangkok Post" qəzetinin məlumatına görə, 2026-cı ildə Taylandda keçirilən Golok FA Kuboku regional turnirində bir futbolçu oyun zamanı ildırım vurmasından ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə çərşənbə axşamı ölkənin cənubundakı Narathiwat əyalətində baş verib.Daha doqquz nəfər yaralanıb və ölən şəxsin 24 yaşlı Yala futbolçusu Sophwan Awae olduğu müəyyən edilib. Komanda yoldaşları ilk tibbi yardım göstərməyə çalışsalar da, onu xilas edə bilməyiblər.
Sosial mediada yayımlanan görüntülərdə ildırımın meydana dəydiyi, daha sonra bir neçə oyunçunun otluğa yıxıldığı görünür.
Daha əvvəl Hindistanın şərqindəki Carxand əyalətində ildırım vurması nəticəsində ən azı 13 nəfər ölüb.




Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər