Bütün xəbərlər
Yunanıstanda meşə yanğınını söndürərkən iki vertolyot toqquşub
Tarix: 02-08-2026 20:30 | Bölmə: Dünya


 Yunanıstan Yanğından Mühafizə Xidmətinin məlumatına görə, Afinanın qərbindəki Psatha ərazisində meşə yanğınının söndürülməsi əməliyyatı zamanı iki vertolyot toqquşub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, toqquşmadan sonra heyət üzvlərinin axtarışı başlayıb.
Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.
Attika və Boeotiya ərazilərinə böyük bir meşə yanğını yayılıb.Təxminən 500 yanğınsöndürən, 134 ədəd texnika və Fransa və Rumıniyadan olan bölmələr yanğınla mübarizə aparır.Daha əvvəl Fransada böyük meşə yanğınları nəzarət altına alınmışdı.Təxliyə olunanlar evlərinə qayıtmağa başlayırlar.




Baxış sayı: 18


Bölməyə aid digər xəbərlər