Bütün xəbərlər
Daha bir zəlzələ baş verib
Tarix: 29-07-2026 19:14 | Bölmə: Dünya


 Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında 5,8 bal gücündə zəlzələ baş verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına uyğundur.
Agentliyin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:19-da (Moskva vaxtı ilə saat 16:19) qeydə alınıb.Zəlzələnin mənbəyi dayaz olub. Sunami xəbərdarlığı verilməyib.
Dünən Kyuşu adasındakı Kumamoto prefekturası ərazisində 7,1 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ nəticəsində 13 nəfər ölüb. Zəlzələdən sonra Kaşima şəhərindəki Aeon ticarət mərkəzində də partlayış baş verdiyi bildirilib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər