17:18 / 27-07-2026
NLO gördülər
Bütün xəbərlər
ABŞ 6G şəbəkələrinin inkişafını sürətləndirmək üçün qlobal tərəfdaşlığa başlayacaq
Tarix: 27-07-2026 17:49 | Bölmə: Dünya

 ABŞ 20-dən çox ölkənin iştirakı ilə 6G simsiz texnologiyalarının inkişafını sürətləndirmək üçün beynəlxalq tərəfdaşlığa başlayacaq. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat verib.
Nəşr qeyd edir ki, Vaşinqton "Çinin yeni nəsil telekommunikasiyanın inkişafına təsirini azaltmaq" niyyətindədir. Təşəbbüs iştirakçıları 2030-cu illərdə 5G şəbəkələrinin kütləvi şəkildə dəyişdirilməsi başlamazdan əvvəl 6G inkişaf strategiyalarını əvvəlcədən əlaqələndirməyi planlaşdırırlar. Bu ölkələr qlobal texnoloji standartların formalaşmasına təsir göstərməyə ümid edirlər.
Təşəbbüs Albaniya, Avstraliya, Kanada, Kosta Rika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Honduras, İtaliya, Yaponiya, Latviya, Litva, Norveç, Panama, Paraqvay, Filippin, Koreya Respublikası, Rumıniya, İsveç və Birləşmiş Krallığı əhatə edəcək.




Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər