14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Plastik əməliyyat etdirməsinə peşman oldu
Tarix: 21-04-2019 15:47 | Bölmə: Dünya
                                  Plastik əməliyyat etdirməsinə peşman oldu

Aktyor Tolqahan Sayışmanın aktrisa həyat yoldaşı Almeda Abazi plastik əməliyyat etdirməsi haqda ünvanına yazılan tənqidlərə cavab verib. 
Axşam.az türk mediasına istinadən xəbər verir ki, Almeda bundan əvvəl yanaqlarına dolğu etdirdiyi, çənəsini kəsdirdiyi iddiası ilə gündəmə gəlmişdi. 
Köhnə halının hələ də dillərdə dolaşmasına əsəbiləşən aktrisa ünvanlanan "Estetik gözəli olmaq necə bir duyğudur" kimi suallara əsəbiləşib. O, "Möhtəşəm, siz də edin. Bəlkə kompleksinizdən xilas olasınız" sözlərini yazıb. 
Abazi "Gözünüzü harada etdirdiniz" sualına "Ağ elədiniz... Burun əməliyyatından başqa üzümdə heç nə yoxdur. Bir il əvvəl üst dodağıma iki damcı dolğu vurdurdum. Ona da peşman oldum" cavabını verib.

                                   





Baxış sayı: 635


Bölməyə aid digər xəbərlər