Bütün xəbərlər
Yaponiyada rusdilli lövhələrin sayı artıb
Tarix: 26-07-2026 19:11 | Bölmə: Dünya


Yaponiyada rusdilli lövhələrin sayı artıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat verib.
Turistlərin Tokio, Toyama və digər şəhərlərdə rus yazıları olan lövhələr gördüyü bildirilir. Yalnız lövhələr deyil, həm də restoranlardakı, mağazalardakı və dayanacaqlardakı bildirişlər tərcümə olunur.Nəşrdə istinad edilən qeyri-adi xəbərdarlıqlar arasında park edilmiş avtomobillərdən hissələrin çıxarılmaması tələbi də var.
2026-cı ilin ilk altı ayında Yaponiyaya 104.400 rusun səfər etdiyi vurğulanır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% artım deməkdir.
25 iyulda Yaponiyanın hakim Liberal Demokrat Partiyasından olan millət vəkili Muneo Suzuki Yaponiya ilə Rusiya arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinə çağırıb.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər