Bütün xəbərlər
"Tasnim": ABŞ hərbçiləri İranın Buşehr şəhərinə hücum edərək iki obyektə zərər vurub
Tarix: 22-07-2026 08:31 | Bölmə: Dünya


 ABŞ hərbçiləri ölkənin cənubunda yerləşən İranın Buşehr şəhərinə hava hücumu həyata keçirib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
İlkin məlumata görə, iki obyektə ziyan dəyib. Mütəxəssislər ziyanı qiymətləndirirlər.
Daha əvvəl ABŞ hərbçilərinin İrana yeni zərbələr dalğası başlatdığı bildirilirdi. İslam Respublikası ərazisinə hücumlar "ardıcıl on birinci gecədir" baş verir. Mərkəzi Komandanlığın izah etdiyi kimi, onların məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək qabiliyyətini məhdudlaşdırmaqdır.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər