Bütün xəbərlər
Rubio: "İran ABŞ ilə danışıqlara ciddi sadiqlik göstərmir"
Tarix: 22-07-2026 08:20 | Bölmə: Dünya


 ABŞ dövlət katibi Marko Rubio İranın ABŞ ilə danışıqlara ciddi sadiqlik göstərmədiyini bildirdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin Manilada keçirilən görüşündə o, bu yanaşmanın ABŞ administrasiyası üçün əsas problem olduğunu vurğuladı.
Problem ondadır ki, onlar hazırda danışıqlara ciddi yanaşmırlar.Əgər onlar ciddidirlərsə, biz də ciddiyik.Əgər yoxsa, öz maraqlarımızı və müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazım olan hər şeyi edəcəyik.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla hərbi münaqişənin uzandığını və tezliklə bitməyəcəyini bildirmişdi. Amerika lideri həmçinin əlavə edib ki,Tehran hələ Vaşinqtonun əsl gücünü görməyib, çünki Vaşinqton indiyə qədər "nəzakətli" olub.




Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər