Bütün xəbərlər
Pravoslav kilsəsinə ildırım düşüb
Tarix: 19-07-2026 20:11 | Bölmə: Dünya


 Finlandiyanın Tampere şəhərində yerləşən Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay kilsəsinin günbəzinə ildırım düşüb. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Yle" televiziya şirkəti məlumat verib.
Hadisə şənbə günü günortadan sonra kilsədə vəftiz və toy mərasimləri keçirilərkən baş verib. İldırım düşdükdən sonra kilsənin ən hündür, 17 metrlik qülləsində yanğın başlayıb. Bundan əlavə, kilsənin bəzi işıqları sönüb.
Yanğın bazar günü səhərə qədər nəzarət altına alınmayıb. Yanğınsöndürənlər dam konstruksiyasına daxil olmaq üçün xaçı günbəzdən çıxarıblar.
Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay kilsəsi 1896-1899-cu illər arasında inşa edilib. Tikinti üçün vəsait Rusiya İmperiyası hökuməti və Pravoslav Kilsəsi tərəfindən ianə edilib.
Kilsənin yeddi günbəzi, üstəgəl əsas girişinin üstündə doqquz zəng olan zəng qülləsi var.




Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər