19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
Bütün xəbərlər
"Reuters": Almaniya 50.000 hücum dronuna 90 milyon avro ayıracaq
Tarix: 12-07-2026 20:27 | Bölmə: Dünya

Almaniya Ukrayna üçün 50.000 hücum dronunun alınmasını maliyyələşdirəcək. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters"in məlumatına görə, bu müqavilə Qərb ölkəsi tərəfindən ən böyük tək PUA sifarişlərindən biri olacaq.
Yardım paketinin bir hissəsi olaraq, Kiyev Ukrayna istehsalçısı "SkyFall"dan Amerika şirkətinin Auterion proqram təminatı ilə təchiz olunmuş "Shrike" dronlarını alacaq.
Auterion şirkətinin baş direktoru Lorenz Mayer müqavilənin şərtlərini təsdiqləyərək, ümumi müqavilənin təxminən 90 milyon avro olduğunu bildirib.Onun sözlərinə görə, dronların bəziləri artıq Ukrayna tərəfinə təhvil verilib və qalan partiya bu ilin sonuna qədər göndəriləcək."SkyFall" həmçinin Almaniyanın müqavilədə maliyyə iştirakını təsdiqləyib, lakin hər hansı bir detal açıqlamaqdan imtina edib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər