21:13 / 07-07-2026
Uşaqlara atəş açıb
Bütün xəbərlər
İran ABŞ ilə danışıqları dayandırdı
Tarix: 08-07-2026 20:39 | Bölmə: Dünya

İran Vaşinqtondan gələn təhdidlərə görə ABŞ ilə yekun razılaşma üzrə danışıqları dayandırır. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS bu barədə yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat verir.
ABŞ prezidentinin İran xalqına qarşı birbaşa təhdidləri və Vaşinqtonun öhdəliklərini dəfələrlə pozması səbəbindən İran ABŞ ilə yekun razılaşma üzrə danışıqları dayandırıb.
AGENTLİK MƏNBƏSİ BƏYAN EDİB.
İran söz verib ki, ABŞ-ın hər hansı yeni hərbi əməliyyatı daha qətiyyətli və geniş cavab alacaq.
İran çərşənbə günü Amerika qüvvələri İrana qarşı hücumlar başlatdıqdan sonra Bəhreyn və Küveytdəki Amerika hərbi obyektlərinə hücum etdiyini iddia edib.
"Reuters"in məlumatına görə, bu hücumlar sarsılmış atəşkəs razılaşmasını daha da sarsıtdı və 17 iyunda imzalanan anlaşma memorandumunun 28 fevralda başlayan müharibəyə son qoyacaq daimi sülh razılaşmasına çevriləcəyinə ümidləri puça çıxardı.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər