21:13 / 07-07-2026
Uşaqlara atəş açıb
Bütün xəbərlər
28 yaşlı futbolçu ildırım vurması nəticəsində matç zamanı vəfat edib
Tarix: 07-07-2026 21:10 | Bölmə: Dünya


 28 yaşlı futbolçu Malayziyada keçirilən yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində vəfat edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Astro Awani" məlumat verib.
Nəşrin məlumatına görə, hadisə 5 iyul bazar günü Malakka əyalətində baş verib. Oyunun başlamasından təxminən 10 dəqiqə sonra güclü yağış başlayıb və güclü ildırım səsi eşidilib. Şahidlər idmançı R.Taneş və digər iki nəfərin meydanda yıxıldığını görüblər.
Futbolçu huşsuz vəziyyətdə Alor Qajahdakı xəstəxanaya aparılıb və həkimlər onun öldüyünü bildiriblər. Matçın hakimi xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digər zərərçəkən isə tibbi yardımdan imtina edib.Hüquq-mühafizə orqanlarının məlumatına görə, mərhumun bədənində xarakterik istilik əlamətləri aşkar edilib.
Malayziya Futbol Federasiyası (FAM) hadisə ilə bağlı başsağlığı verib və yerli futbol assosiasiyasından tam hesabat istəyib.
4 iyulda Florida ştatındakı çimərlikdə ildırım düşməsi nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.




Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər