19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
Bütün xəbərlər
Tramp hesab edir ki, Ukraynada sülh hazırda düşünüldüyündən "daha yaxındır"
Tarix: 06-07-2026 19:14 | Bölmə: Dünya


 ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukraynada sülh hazırda düşünüldüyündən "daha yaxındır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu fikri Ağ Evdə müxbirlərlə bölüşərək Ukraynadakı vəziyyəti şərh edib.
İnanıram ki, bu məsələ ilə bağlı insanların düşündüyündən daha çox razılaşmaya yaxınlaşırıq.
AMERİKA LİDERİ BƏYAN EDİB.
4 iyulda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında bir saat 25 dəqiqə davam edən və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun dəqiqləşdirdiyi kimi, işgüzar və çox konstruktiv tonda aparılan telefon danışığı olub.
Söhbət zamanı Ağ Ev rəhbəri xüsusi nümayəndəsi Stiven Vitkoff və sahibkar Cared Kuşnerin Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik səylərini davam etdirməyə və əlverişli vaxtda Moskvaya gəlməyə hazır olduqlarını bildirib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər