18:29 / 01-07-2026
Aktyorun cəsədi tapılıb
Bütün xəbərlər
Tramp ilk dəfə Qətərin hədiyyə etdiyi təyyarədə uçdu
Tarix: 01-07-2026 23:54 | Bölmə: Dünya


 ABŞ prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi və dövlət başçısını daşımaq üçün yenidən təchiz edilmiş  "Boeing 747-8" təyyarəsində ilk dəfə uçduğunu açıqladı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Şimali Dakotadakı Endryus Hərbi Hava Qüvvələri Bazasından yola düşməzdən əvvəl jurnalistlərə təyyarənin təchizatının tamamlandığını və indi prezident təyyarəsi üçün bütün tələblərə cavab verdiyini söylədi.
"İlk uçuşdan çox məmnunam".
ABŞ prezidenti iyunun ortalarında yeni prezident təyyarəsini təqdim etdi. Qətər kral ailəsinin keçən il hədiyyə etdiyi təyyarə, 30 ildən çoxdur dövlət başçısını daşımaq üçün istifadə edilən "Boeing 747-2" təyyarəsini əvəz etdi.
"The Washington Post" qəzeti təyyarənin dəyərini təxminən 400 milyon dollar olaraq qiymətləndirir və prezidentin hava səyahəti tələblərinə cavab vermək üçün onun konvertasiyası təxminən 1,5 milyard dollara başa gələ bilərdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər