Bütün xəbərlər
Venesuelada zəlzələdən sonra 30-dan çox insan dağıntılar altından sağ çıxarılıb
Tarix: 28-06-2026 21:46 | Bölmə: Dünya


Xilasedicilər Venesuelada dağıntılar altından 33 nəfəri sağ çıxara biliblər, ölkənin müvəqqəti prezidenti Delsi Rodrigez bildirib.
"Biz 33 nəfəri sağ xilas edə bildik".
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, indi insanların həyatını xilas etmək üçün kritik saatlardır.
Rodriges zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdikləri köməyə görə xarici xilasedicilərə təşəkkür etdi.
İyunun 24-ü axşamı Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verdi. Son məlumatlara görə, zəlzələlərdə 1400-dən çox insan ölüb, 3200-dən çox insan yaralanıb.



Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər