19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
Bütün xəbərlər
Almaniyalı Şlotterbek Dünya Kubokunun qalan hissəsində oynaya bilməyəcək
Tarix: 22-06-2026 21:00 | Bölmə: Dünya


 Almaniya Futbol Assosiasiyasının (DFB) rəsmi saytına görə, almaniyalı Niko Şlotterbek zədə səbəbindən ABŞ, Meksika və Kanadada keçiriləcək Dünya Kubokunun qalan hissəsində oynaya bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müdafiəçi zədəni "Fil Dişi Sahili" ilə qrup mərhələsinin ikinci tur matçında alıb.E qrupunun oyunu 20 iyunda Kanadanın Toronto şəhərində baş tutub və Almaniyanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.Şlotterbek zədə səbəbindən ilk hissədən sonra əvəzlənib.
Xəbər verildiyi kimi, tibbi müayinə 26 yaşlı müdafiəçinin sol topuğunda bağ zədəsi aşkar edib və bu, onun bir neçə ay müddətinə meydandan kənar qalmasına səbəb olub. Lakin o, Dünya Kubokunda milli komandada qalacaq.
Şlotterbek "Borussiya Dortmund"un müdafiəçisidir. O, Almaniya millisində debütünü 2022-ci ilin mart ayında edib və o vaxtdan bəri milli komandada 29 oyunda meydana çıxıb və bir qol vurub.
Almaniya qrupda iki qələbə qazanaraq Dünya Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb.Onlar 25 iyunda qrup mərhələsinin son oyununda "Ekvador"la qarşılaşacaqlar.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər