19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
Bütün xəbərlər
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
Tarix: 21-06-2026 22:23 | Bölmə: Dünya


 İranın "Tasnim" xəbər agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən xəbər verir ki, İran nümayəndə heyəti İsveçrədə danışıqlardan əvvəl Vaşinqton nümayəndələri ilə birgə fotosessiyada iştirak etməkdən və əl sıxmaqdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İran danışıqlar qrupunun rəhbəri və üzvləri bu rəsmiyyətlərə etiraz edərək Amerika nümayəndə heyəti ilə fotosessiyada iştirak etməyəcəklərini bildiriblər.
"Tasnim"in məlumatına görə, İran nümayəndələrinin etirazları səbəbindən canlı yayım və fotosessiya kəsilib, bundan sonra İran nümayəndələri danışıqlar otağına daxil olublar.
ABŞ və İran arasında texniki danışıqlar bazar günü İsveçrədə başlayıb. Danışıqlar zamanı İran və ABŞ-dan üç texniki qrup nüvə dosyesini, Tehranın dondurulmuş aktivlərini və İsrail qüvvələrinin hücumuna məruz qalan Livandakı vəziyyəti müzakirə edir.
Vasitəçi ölkələr Qətər və Pakistan İran-Amerika danışıqlarında irəliləyiş olduğunu bildiriblər.




Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər