19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
Bütün xəbərlər
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
Tarix: 21-06-2026 22:17 | Bölmə: Dünya

 İran nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın təhdidlərinə etiraz olaraq İsveçrədəki danışıqları tərk edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi İran rəsmilərinə yaxın mənbəyə istinadən məlumat yayıb.
İyunun 21-də Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ arasında texniki danışıqlar başlayıb.İlk raund artıq başa çatıb.Lakin Trampın yeni açıqlamalarından sonra İran tərəfinin dialoqu dayandırdığı bildirilir.
İran danışıqlar qrupu Trampın təhdidlərinə etiraz olaraq danışıqlar yerini tərk edib.
Daha əvvəl Tramp Tehranın Livandakı İranpərəst qrupların fəaliyyətinə son qoymasını təmin etmədiyi təqdirdə İranı əlavə zərbələrlə hədələmişdi.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər