Bütün xəbərlər
Tramp İranda zənginləşdirilmiş uranın gələcəyi barədə danışdı
Tarix: 16-06-2026 19:22 | Bölmə: Dünya


 ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını İslam Respublikasından çıxardıqdan sonra məhv edəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu jurnalistlərlə görüş zamanı açıqladı.
Eyni zamanda, o, Vaşinqtonun uranı özü üçün saxlamaq niyyətində olmadığına əminlik verdi, çünki ABŞ-ın kifayət qədər nüvə potensialı var.
Biz tələsmirik, amma onu (İran uranı - redaktorun qeydi) əldə edəcəyik və əldə etdikdə onu məhv edəcəyik.
TRAMP BİLDİRİB.
Daha əvvəl Ağ Ev rəhbəri ABŞ və İran arasında razılaşmanın ikinci həyata keçirilmə mərhələsinə qədəm qoyduğunu açıqlamışdı.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər