Bütün xəbərlər
Tramp Beyruta hücumu pislədi və İsraili Livana zərbə endirməyi dayandırmağa çağırdı
Tarix: 14-06-2026 19:33 | Bölmə: Dünya


 ABŞ Prezidenti Donald Tramp İsrailin Beyruta hücumunu pislədi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özünün Truth Social səhifəsində açıqlama verdi.
Ağ Ev rəhbəri Tel-Əvivi Vaşinqtonun Tehranla bağlanacaq razılaşması fonunda Livana zərbə endirməyi dayandırmağa çağırdı.
Livanda İsrailin hücumları olmamalıdır, eyni zamanda digər tərəfdən də hücumlar olmamalıdır... Biz Livan da daxil olmaqla, regiona sülh gətirəcək bir razılaşmaya çox yaxınıq və bütün tərəflər geri çəkilməlidir.
İsrail Hərbi Hava Qüvvələri 14 iyunda Beyrutun cənub kənarlarına zərbə endirdi. Nəticədə, şiə təşkilatı Hizbullahın hərbi liderlərindən biri öldürüldü.
Məhz bu gün ABŞ ilə İran arasında sülh müqaviləsinin imzalanması gözlənilir.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər