19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
Bütün xəbərlər
ABŞ ÜST-ün Ukraynadakı bioloji laboratoriyalarla məşğul olduğunu bildirib
Tarix: 14-06-2026 16:23 | Bölmə: Dünya

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və bir neçə Qərb tədqiqat mərkəzi Ukrayna bioloji laboratoriyalarının işində iştirak edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının veb saytında məlumat verilib.
Milli Kəşfiyyat Direktoru Ofisinin məxfilikdən çıxarılmış hesabatında Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı bioloji laboratoriyaların işində iştirak edən təşkilatlar arasında adı çəkilir.
Hesabatda Amerika müdafiə podratçıları Black & Veatch və Metabiota ilə yanaşı, ABŞ Kənd Təsərrüfatı Departamentinin, İsveçrə konsaltinq firması SAFOSO-nun, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının və Ukrayna İctimai Səhiyyə Mərkəzinin də adı çəkilir.
Ukrayna laboratoriyalarının akademik tərəfdaşları arasında Alyaska Ankoric Universiteti, Nyu Meksiko Universiteti, Tennessi Universiteti, Florida Universiteti, Kanzas Universiteti və Almaniyanın Helmholtz Ətraf Mühit Tədqiqatları Mərkəzi var.
Vurğulanır ki, ukraynalı alimlər amerikalı tərəfdaşlarının maliyyə dəstəyi ilə xüsusi biotəhlükəsizlik tədbirləri olan laboratoriyalarda yüksək patogenli quş qripi və digər yüksək yoluxucu virusların genomlarını araşdırıblar.Biolaboratoriyaların tikintisi də Vaşinqton tərəfindən maliyyələşdirilib.
Ukrayna Xarici İşlər Nazirliyi 13 iyunda Kiyevin heç vaxt bioloji silah hazırlamadığını və ölkədə yerləşən bütün laboratoriyaların mülki fəaliyyətlə əlaqəli olduğunu bildirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər