Bütün xəbərlər
Almaniya İrana görə Türkiyədə "Patriot" hava hücumundan müdafiə sistemləri yerləşdirəcək
Tarix: 18-05-2026 23:02 | Bölmə: Dünya

 Almaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, Almaniya Silahlı Qüvvələri İranla bağlı münaqişə səbəbindən Türkiyənin cənub-şərqində "Patriot" hava hücumundan müdafiə sistemləri yerləşdirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bundesver iyunun sonundan sentyabr ayına qədər hava hücumundan müdafiə sistemlərini və ABŞ ordusunun bir hissəsini əvəz edəcək təxminən 150 əsgəri yerləşdirməyi planlaşdırır.
Almaniya NATO daxilində daha çox məsuliyyət daşıyır. Biz bunu şərq cinahında, Uzaq Şimalda və indi də NATO-nun Türkiyədəki cənub-şərq cinahında edirik.
ALMANİYA MÜDAFİƏ NAZİRİ BORİS PİSTORİUS BƏYANAT VERDİ.
Əvvəllər Almaniyanın öz ərazisində "Tomahawk" qanadlı raketlərinin yerləşdirilməsi ilə bağlı ABŞ ilə məsləhətləşmələri davam etdirdiyi bildirilirdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər