17:53 / 17-05-2026
Ayı turistə hücum edib
Bütün xəbərlər
"Haaretz" qəzeti İsrail rəsmilərinə qarşı gizli Beynəlxalq Cinayət Məhkəməsinin orderləri barədə məlumat əldə edib
Tarix: 17-05-2026 18:19 | Bölmə: Dünya

 Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin yüksək vəzifəli rəsmiləri və hərbçiləri üçün gizli həbs qərarları verib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Haaretz" məlumatlı diplomatik mənbəyə istinadən məlumat verir.
İşlə bağlı olanların adları rəsmi olaraq açıqlanmayıb.Lakin jurnalistlər İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir barəsində davam edən beynəlxalq istintaqı qeyd ediblər.
Beynəlxalq Cinayət Məhkəməsi əvvəllər İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün həbs qərarları verib.
"Haaretz"in məlumatına görə, məhkəmənin yeni hərəkətləri İsrail ilə beynəlxalq məhkəmə orqanları arasında gərginliyi daha da artıra bilər.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər