Bütün xəbərlər
ABŞ kəşfiyyat təyyarələri Kuba sahillərində fəaliyyət göstərir
Tarix: 10-05-2026 22:37 | Bölmə: Dünya


 ABŞ təyyarələri və pilotsuz uçuş aparatları tərəfindən Kuba sahillərində həyata keçirilən kəşfiyyat uçuşlarının sayı kəskin şəkildə artıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, CNN bu barədə "Flightradar24"ün məlumatların təhlilinə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, 4 fevraldan bəri ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri ada ölkəsinin ən böyük şəhərləri - Havana və Santyaqo de Kuba yaxınlığında ən azı 25 uçuş həyata keçirib.
Kuba sahillərində ABŞ hərbi kəşfiyyat uçuşlarının sayı kəskin şəkildə artıb.
Məqalədə bildirilir ki, bu uçuşlar təkcə kəşfiyyat məlumatlarını toplamağa imkan verən Kuba sahillərinə yaxınlığı ilə deyil, həm də qəfil olması ilə diqqət çəkir. İddia olunur ki, fevral ayından əvvəl bu ərazidə bu cür uçuşlar nadir hallarda baş verirdi.
Kanal qeyd edib ki, oxşar vəziyyət ABŞ-ın Venesuela və İrandakı hərbi əməliyyatlarından əvvəl də müşahidə olunub.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Kubaya qarşı sanksiya təzyiqlərini siyasi və iqtisadi islahatlara nail olana qədər sərtləşdirməyə davam edəcək.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər