14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Almaniya klubunun futbolçusu rəqibinə tüpürdüyü üçün mövsümün sonuna kimi cəzalanıb
Tarix: 16-04-2019 18:29 | Bölmə: Dünya

                                   


Almaniya Futbol İttifaqı (DFB) "Ştutqart"ın futbolçusu Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.
"Report"un məlumatına görə, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin Bundesliqanın XXIX turunda evdə "Bayer" (Leverkuzen) komandası ilə matçın 90-cı dəqiqəsində rəqib futbolçu Kay Xavertsin üzünə tüpürməsidir. Askasibar bu hadisədən sonra birbaşa qırmızı vərəqə ilə cazalandırılaraq meydandan qovulub.
Bildirilib ki, DFB gənc yarımmüdafiəçini mayın 25-dək diskvalifikasiya edib. Bundesliqada isə sonuncu - XXXIV turun oyunları mayın 18-də keçiriləcək. Bu səbəbdən o, cari mövsümdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Santyaqo Askasibar cari mövsüm Bundesliqada 27 oyunda meydanda olub. Mövsümün başa çatmasına 5 tur qalmış komanda 21 xalla 16-cı pillədə qərarlaşıb. 



Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər