Bütün xəbərlər
İspaniya NATO-dan çıxmaqla bağlı referendumdan imtina etdi
Tarix: 22-04-2026 22:59 | Bölmə: Dünya


 Podemos partiyasının İspaniyanın NATO-dan çıxması ilə bağlı referendum keçirmək təşəbbüsü İspaniya Deputatlar Konqresi üzvlərinin əksəriyyəti tərəfindən rədd edildi. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təklifi yalnız 20 üzv dəstəklədi, 300 nəfər əleyhinə səs verdi və 25 nəfər bitərəf qaldı.
Podemos millət vəkilləri İspaniyanın NATO üzvlüyünə yenidən baxılmasını təklif etdilər, çünki onların fikrincə, ittifaq ABŞ tərəfindən digər NATO üzv dövlətlərini tabe etmək vasitəsi kimi istifadə olunur.
Bundan əvvəl Avropa Parlamentinin üzvü və Podemosun siyasi katibi İrene Montero Vaşinqtonla ittifaqın İspaniyanı riskə atdığını və xalqın "qanunsuz işğallara görə pul ödəməməli" olduğunu bildirmişdilər.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər