Bütün xəbərlər
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Tarix: 21-04-2026 22:42 | Bölmə: Dünya

 ABŞ Xəzinədarlıq Nazirliyi İrana qarşı sanksiya məhdudiyyətlərini genişləndirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat verib.
Agentlik yenilənmiş məhdudiyyətlərin terrorizmlə mübarizə və nüvə silahının yayılmaması ilə bağlı siyahılara təsir etdiyini açıqlayıb.
Sanksiya siyahısına 24 ilə 71 yaş arasında səkkiz İran vətəndaşı, eləcə də Mahan Air şirkətinin iki "Boeing 777" təyyarəsi əlavə edilib.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İranın özündən dörd təşkilat məhdudiyyətlər altına alınıb.
Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Tehran nüvə silahı proqramından imtina etməsə, Vaşinqtonun sanksiyaları yumşaltmayacağını bildirmişdi. O, ABŞ-ın İran üzərində kifayət qədər təsir gücünə malik olduğunu iddia etdi.
Avropa Birliyi həmçinin Hörmüz boğazı ətrafındakı vəziyyətlə əlaqədar olaraq may ayının əvvəlində İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər