Bütün xəbərlər
Berlin və Paris Ukraynanın AB-yə sürətləndirilmiş qəbuluna qarşı çıxdılar
Tarix: 20-04-2026 18:49 | Bölmə: Dünya

 Almaniya və Fransa Ukraynanın Avropa Birliyinə sürətləndirilmiş qəbulunu dəstəkləmədilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Eyni zamanda, Berlin və Paris Ukraynanın AB-yə tam qəbuluna qədər Kiyevə səsvermə hüquqlarının və AB büdcəsinə çıxışın verilməsinə qarşı çıxırlar.
Paris və Berlindən gələn təkliflər 2027-ci ilə qədər Avropa Birliyinə qoşulmağı ümid edən Kiyevin gözləntilərini doğrultmur.
Almaniya Ukraynaya "assosiativ üzv" statusu təklif edir. Bu, Ukrayna nümayəndələrinə AB nazirliklərinin və hökumət iclaslarında iştirak etməyə imkan verəcək, lakin səsvermə hüquqları və ya birliyin ümumi büdcəsindən vəsaitlərə avtomatik çıxış verməyəcək. Avropa Birliyinə qismən üzvlük Fransada "inteqrasiya olunmuş dövlət statusu" kimi adlandırılır.
Berlin və Paris bu yeni statusun Ukrayna üçün mühüm simvolik addım olacağına inanırlar. Almaniya hətta əlavə edir ki, AB üzvlüyü üçün yumşaq seçim qarşılıqlı müdafiə bəndini də əhatə edə bilər. Britaniya nəşri izah edir ki, bu, vacib hesab olunur, çünki Kiyevin NATO-ya qoşulmaq perspektivi yoxdur.
Avropa Komissiyası 2024-cü ildə Ukrayna ilə üzvlük danışıqlarına başlamağa hazır idi. Lakin Macarıstan bu prosesi blokladı.
İndi Slovakiya Ukraynanın AB-yə daxil olmasını bloklaya bilər. Slovakiyanın Baş naziri Robert Fiko izah etdi ki, AB böhran içindədir və güzəştə gedə bilmədiyini nümayiş etdirib. AB-nin veto hüququnun ləğvi isə bu Avropa birliyinin sonunun başlanğıcını qeyd edə bilər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər