Bütün xəbərlər
"Arsenal" və Avstriya millilərinin keçmiş qapıçısı Manninger avtomobil qəzasında vəfat edib
Tarix: 16-04-2026 18:45 | Bölmə: Dünya


 "Arsenal" və Avstriya millilərinin keçmiş qapıçısı Aleks Manninger 48 yaşında vəfat edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Britaniyanın "Independent" qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, keçmiş qapıçı avtomobil qəzasına düşüb. Avstriya Futbol Assosiasiyası və onun keçmiş klublarından biri olan "Red Bull Salzburg" xəbəri təsdiqləyib.
"Yol qəzasında faciəvi şəkildə vəfat edən keçmiş qapıçımız Aleksandr Manningerin itkisinə görə kədərlənirik".
"SALZBURQ"UN BƏYANATINDA DEYİLİB.
1997-ci ildən 2002-ci ilə qədər Manninger "Arsenal"da 64 oyun keçirib. Bu müddət ərzində o, əsasən əsas qapıçı Devid Simenin ehtiyat oyunçusu kimi çıxış edib. Manninger 1998-ci ildə Premyer Liqa və FA Kubokunu qazanan komandanın üzvü olub.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər