Bütün xəbərlər
İran Hörmüz boğazından tankerlərin hərəkətini dayandırıb
Tarix: 08-04-2026 20:36 | Bölmə: Dünya


 İran İsrailin Livana hücumlarından sonra Hörmüz boğazından tankerlərin hərəkətini dayandırıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Jurnalistlər atəşkəs qüvvəyə mindikdən sonra iki neft tankerinin boğazdan keçə bildiyini qeyd ediblər.
İsrailin Livana hücumları ilə eyni vaxtda Hörmüz boğazından tankerlərin hərəkəti dayandırılıb.
Daha əvvəl "Tasnim" xəbər agentliyi İsrail atəşkəsi pozub Livana hücum edərsə, Tehranın sülh müqaviləsindən çıxacağını bildirmişdi. "Vesti" jurnalisti Stanislav Bernvaldın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Beyrut yaxınlığında təxminən 100 hədəfə zərbə endirib.
Yaxın Şərqdəki müharibə ABŞ və İsrail qüvvələrinin 28 fevralda İrana qəfil hücumundan sonra başlayıb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər