Bütün xəbərlər
Gündə yalnız 3-4 saat elektrik enerjisi verilir
Tarix: 05-04-2026 18:07 | Bölmə: Dünya


Kubada ciddi enerji böhranı milyonlarla insanı yanacaq və elektrik enerjisisiz qoyub. Ölkədə elektrik enerjisi gündə yalnız üç-dörd saat işləyir. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Kubanın CUPET neft şirkətinin vitse-prezidenti İrenaldo Perez Kardoso "Vesti" xəbər agentliyinə bildirib.
O, jurnalistin ölkənin gündə neçə saat elektrik enerjisi olmadan qalması ilə bağlı sualını cavablandırıb.
"Çox. Hər gün tezdən oyanırıq, axşam işdən evə gəlirik və elektrik enerjisi yoxdur. Növbəti gün oyanırsınız, işə hazırlaşırsınız və yenidən yoxdur.
KARDOSO DEYİB.
Kubalı həmçinin əlavə edib ki, evlərə gündə cəmi üç-dörd saat elektrik verilir.
30 martda Rusiya tankeri Anatoli Kolodkin 100.000 ton neftdən ibarət humanitar yüklə Kuba sahillərinə çatıb.Bu, 2026-cı ilin yanvar ayından bəri adaya ilk böyük yanacaq çatdırılmasıdır.Alınan Rusiya nefti tezliklə  emal olunacaq.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər