Bütün xəbərlər
Kubada QAZ avtomobillərinin yığılması bərpa olunacaq
Tarix: 01-04-2026 19:52 | Bölmə: Dünya


 Kubada QAZ avtomobillərinin yığımı 2026-cı ildə bərpa olunacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko məlumat verib.
Rəsmi şəxsin sözlərinə görə, Kubada da QAZ avtomobillərinin satış ofisinin açılması planlaşdırılır.
TASS Çernışenkoya istinadən bildirir ki, yerli sakinlər arasında populyarlığını sübut edən QAZ, UAZ, "Lada" və "Kamaz" avtomobilləri artıq ölkəyə tədarük olunur.
Rusiya Baş nazirinin müavini Kubaya uçuşların bərpasından da danışıb. Dmitri Çernışenko adada yanacaq vəziyyəti sabitləşdikdən sonra bunun baş verəcəyini gözləyir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər