22:30 / 01-04-2026
Bankirə qiyabi hökm oxunub
Bütün xəbərlər
Çin və Pakistan Yaxın Şərqdə sülhü bərpa etmək üçün təşəbbüs irəli sürüblər
Tarix: 31-03-2026 21:18 | Bölmə: Dünya


 Çin və Pakistan Yaxın Şərqdə sülhü bərpa etmək üçün bir plan təqdim ediblər. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təşəbbüs Çin xarici işlər naziri Vanq Yi ilə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında 31 martda Pekində keçirilən danışıqlardan sonra irəli sürülüb.
Sənədin mətni "Sinxua" Xəbər Agentliyi tərəfindən yayılıb. Çin və Pakistanın təklif etdiyi sülh planı beş bənddən ibarətdir.
Birinci bənddə hərbi əməliyyatların dərhal dayandırılması və münaqişənin yayılmasının qarşısını almaq üçün tədbirlər tələb olunur. Eyni zamanda, münaqişədən təsirlənən bütün ərazilərə humanitar yardım çatdırılmalıdır.
Planın ikinci bəndində Çin və Pakistan danışıqların mümkün qədər tez başlamasını, eləcə də İran və Fars körfəzi ölkələrinin suverenliyini, ərazi bütövlüyünü, milli müstəqilliyini və təhlükəsizliyini təmin etməyi tələb edirlər.Tərəflər dialoq və diplomatiyanın münaqişənin həlli üçün yeganə həqiqətən təsirli vasitə olduğunu vurğuladılar.
Təşəbbüsün üçüncü bəndində qeyri-hərbi obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.Çin və Pekin enerji və mülki nüvə obyektləri də daxil olmaqla, mülki və qeyri-hərbi obyektlərə hücumların dərhal dayandırılmasına çağırdılar.
Planın dördüncü bəndinə əsasən, Yaxın Şərqdə gəmiçilik yolları təhlükəsiz olmalıdır. Buraya mülki və kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təcili təşkili zərurəti daxildir.
Planın beşinci və sonuncu bəndi BMT Nizamnaməsinin üstünlüyünün təmin edilməsidir. Təşəbbüskarlar beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan davamlı sülh üçün hərtərəfli çərçivənin yaradılması barədə sazişin bağlanmasını dəstəklədilər.



Baxış sayı: 48


Bölməyə aid digər xəbərlər