Bütün xəbərlər
Avropa İttifaqı İrana qarşı sanksiyaları daha bir il uzadıb
Tarix: 30-03-2026 19:29 | Bölmə: Dünya


 Avropa İttifaqı Şurasının bəyanatına görə, insan haqlarının pozulması iddialarına görə İrana qarşı sanksiyaları daha bir il uzadıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı Şurası, İranda "ciddi insan haqları pozuntuları" iddialarına görə tətbiq edilən "məhdudlaşdırıcı tədbirləri" 13 aprel 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.
Xüsusilə, hökumət rəsmiləri, təhlükəsizlik rəsmiləri və məhkəmə üzvləri də daxil olmaqla 262 şəxsə, eləcə də 53 təşkilata qarşı sanksiyalar tətbiq edilib.
Bundan əvvəl Aİ diqqətin Ukraynadan yayınması səbəbindən NATO-nun baş katibi Mark Ruttenin İranla bağlı mövqeyindən narazılığını bildirmişdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər