Bütün xəbərlər
Rubio İran rəhbərliyində parçalanma olduğunu açıqladı
Tarix: 30-03-2026 19:11 | Bölmə: Dünya


 ABŞ dövlət katibi Marko Rubio İran rəhbərliyində parçalanma olduğunu düşünür. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, "ABC News"ə bildirib ki, Tehran Vaşinqtonla dialoqa qismən hazırdır.
"Bəzi daxili parçalanmalar var... Bizimlə əvvəllər İranı idarə edənlərin heç vaxt etmədiyi bir şəkildə danışan insanlar var".
RUBIO DEYİB.
O, bu insanların İslam Respublikası daxilindəki digər qruplarla "problem yaşamaları" ehtimalına görə ABŞ-ın İranda kiminlə əlaqə saxladığını dəqiqləşdirməkdən imtina etdi.
ABŞ dövlət katibi əlavə etdi ki, İran hakimiyyəti indi "gələcəyə daha ağlabatan baxışa" malikdir, lakin ABŞ-ın işlərin istədiyi kimi olmayacağı ehtimalına hazırlaşması mümkündür.
Əvvəllər ABŞ-ın İranda uzunmüddətli quru əməliyyatına hazırlaşdığı bildirilirdi.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər