Bütün xəbərlər
Cənubi Afrikada Rusiya-Afrika münasibətləri üzrə mütəxəssis qaçırılıb və öldürülüb
Tarix: 29-03-2026 17:04 | Bölmə: Dünya


Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun (SAIIA) Afrika İdarəetmə və Diplomatiya proqramının rəhbəri və Afrika-Rusiya münasibətləri üzrə mütəxəssis Stiven Qruzd Cənubi Afrikada qaçırılıb və öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli "News24" nəşri məlumat verib.
Stiven Qruzdun qaçırılması və qətli ilə bağlı beş şübhəli həbs edilib...
Tədqiqatçının itkin düşməsi ilə bağlı cümə günü məlumat verildiyi dəqiqləşdirilib.Qruzdun Yohannesburq məhəlləsində qaçırıldığı iddia edilir. Cinayətkarlar şənbə günü saxlanılıblar.Hüquq-mühafizə orqanları istintaqı davam etdirir.
SAIA qeyd edib ki, Qruzd öz işinə dərin sədaqəti və Afrika siyasi icmasına sadiqliyi ilə tanınırdı.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər