Bütün xəbərlər
Naməlum uçan obyekt qəzaya uğrayıb
Tarix: 29-03-2026 16:58 | Bölmə: Dünya


 Finlandiyanın cənub-şərqində, Helsinkidən 134 km məsafədə yerləşən Kuvola şəhərində naməlum uçan obyekt qəzaya uğrayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, " Yle"nin regional polisə istinadən verdiyi məlumata görə, hadisə bazar günü səhər baş verib. Polis obyektin tapıldığı ərazini mühasirəyə alıb.
Polis Kuvola ərazisində qəzaya uğrayan təyyarəni yoxlayır. Xəsarət alanlar barədə məlumat yoxdur.
Yayım şirkətinin məlumatına görə, Finlandiya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri bu səhər tezdən havaya qaldırılıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər