09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Etirazlar davam edəcək - Sudan inqilabçıları
Tarix: 14-04-2019 01:08 | Bölmə: Dünya




Sudan Azadlıq və Yenilik İttifaqı yeni bəyanatla çıxış edib.
Axar.az xəbər verir ki, ittifaq rəsmiləri mətbuat konfransında Sudan xalqının inqilabi hədəflərinin baş tutmasına qədər etirazların davam edəcəyini bildirib.
“Sudan ordusu hər zaman xalqın yanında yer alıb. Hər cür hərbi idarəçiliyi kökündən rədd edirik. Nə Ömər əl-Bəşir rejimindən, nə də hərbçilərdən heç kimin müvəqqəti hakimiyyətdə olmasını istəyirik. Bəşir getsə də, rejimi hələ də ayaqdadır və bu qəbul edilə bilməz. Bütün tələblərimiz gerçəkləşənə qədər etirazlarımıza davam edəcəyik”, - bəyanatda bildirilib.


Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər