Bütün xəbərlər
Pakistanın Kabilə endirdiyi hava hücumu nəticəsində bir neçə nəfər həlak olub
Tarix: 16-03-2026 22:39 | Bölmə: Dünya

Pakistan Hərbi Hava Qüvvələri Kabilə hücum edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, zərbə narkotik reabilitasiya mərkəzinə dəyib və bir neçə nəfər həlak olub.
(Pakistan) bir daha Əfqanıstan hava məkanını pozaraq Kabildəki narkotik reabilitasiya mərkəzinə zərbə endirib, müalicə alan narkotik asılılarını öldürüb və yaralayıb.
O DEYİB.
26 fevral axşamı Pakistan-Əfqanıstan sərhədində yenidən döyüşlər başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri ölkəsinin və Əfqanıstandakı Taliban hökumətinin hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu bildirib.BMT baş verən hadisələrlə bağlı narahatlığını bildirib.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər