Bütün xəbərlər
İspaniya monarxı Amerikanın fəthi zamanı sui-istifadə hallarını etiraf edib
Tarix: 16-03-2026 22:05 | Bölmə: Dünya


 İspaniya kralı VI Filip Amerikanın fəthi zamanı çoxsaylı sui-istifadə hallarının mövcudluğunu etiraf edib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu barədə "El Pais" qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, monarx bu açıqlamanı Madriddəki Milli Arxeologiya Muzeyində Meksika hakimiyyəti ilə birgə təşkil edilən sərgiyə baş çəkərkən verib.
Elə şeylər var ki, onları öyrənəndə, başa düşdüyümüzdə... dəyərlərimizi nəzərə alsaq, əlbəttə ki, bizi qürurlandıra bilməz, amma onları öz kontekstində başa düşməliyik.
2019-cu ildə "El Pais" qəzeti Meksika Prezidenti Andres M.Lopes Obradorun təxminən 500 il əvvəl müasir Meksikanın fəthi zamanı törədilən qanun pozuntularını rəsmi olaraq etiraf etməsini və üzr istəməsini VI Filipdən istədiyini bildirmişdi.O zaman kral hakimiyyəti üzr istəmək niyyətində olmadıqlarını bildirmişdi.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər