Bütün xəbərlər
İraqda şiə milis mövqelərinə hava hücumu həyata keçirilib
Tarix: 09-03-2026 19:15 | Bölmə: Dünya


 İraqın şimalında yerləşən Neynəva əyalətində "Əl-Həşd əş-Şəabi" şiə milis mövqelərinə hava hücumu həyata keçirilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" mənbələrə istinadən məlumat yayıb.
Kanalın mənbələrinə istinadən TASS-ın verdiyi məlumata görə, milis qərargahı atəşə tutulub. O, Mosul şəhərindən təxminən 15-20 kilometr şərqdə yerləşir.
Daha əvvəl İraq Kürdüstanında Ərbil hava limanı yaxınlığında yerləşən Amerika hərbi bazasına pilotsuz təyyarənin hücum etdiyi bildirilib.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər