Bütün xəbərlər
BƏƏ İrandakı duzsuzlaşdırma zavoduna edilən hücumda iştirakını təkzib edib
Tarix: 08-03-2026 17:02 | Bölmə: Dünya


 Birləşmiş Ərəb Əmirlikləri İrandakı duzsuzlaşdırma zavoduna edilən hücumda iştirakını təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BƏƏ-nin yüksək vəzifəli rəsmisi bunu "The Jerusalem Post" qəzetinə verdiyi müsahibədə bildirib.
BƏƏ müharibəyə girmək üçün mülki hədəflərə zərbə endirməyəcək, əksinə hərbi obyekti hədəf alacaq.
XƏBƏR VERİLDİYİ KİMİ.
İsrailin "Ynet" xəbər agentliyi 8 martda adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, BƏƏ Yaxın Şərqdəki gərginlikdən bəri ilk dəfə İrandakı duzsuzlaşdırma zavoduna zərbə endirib. Bu arada, Axios-un məlumatına görə, BƏƏ ərazisini hədəf alan bir sıra raket və pilotsuz təyyarə hücumlarına cavab olaraq İrana qarşı hərbi müdaxiləni nəzərdən keçirirdi.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər