Bütün xəbərlər
ABŞ ordusu İranın təyyarədaşıyan gəmiyə raket zərbəsi endirdiyini təkzib edirb
Tarix: 01-03-2026 20:57 | Bölmə: Dünya


 ABŞ Mərkəzi Komandanlığı (MK) İranın USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə ballistik raket zərbəsi endirməsi barədə məlumatını təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ ordusu İrana zərbələrdə iştirak edən təyyarələrin gəmidən qalxmağa davam etdiyini vurğulayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu Abraham Lincoln təyyarədaşıyan gəmisinə ballistik raket zərbəsi endirdiyini iddia edir. Bu, yalandır; Lincoln vurulmayıb.Atılan raketlər hətta yaxınlaşmayıb.
İddialarını dəstəkləmək üçün komandanlıq təyyarədaşıyan gəmidən şəkillər dərc edib. Lakin onların nə vaxt çəkildiyini demək çətindir.
Daha əvvəl Mərkəzi Komandanlıq Hörmüz boğazında İran korvetinin batdığını açıqlamışdı. İddialara görə, bu korvet "Epik qəzəb" əməliyyatının əvvəlində atəşə tutulub.




Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər