16:44 / 26-02-2026
Kuryer saxlanılıb
Bütün xəbərlər
Su basmış küçələrində tabutlar üzüb
Tarix: 26-02-2026 23:13 | Bölmə: Dünya


Braziliyanın Uba şəhərinin küçələrində tabutlar üzüb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "G1" portalının məlumatına görə, bu, daşqının nəticəsidir.
Şəhər güclü yağışların yağdığı Minas Gerais əyalətində yerləşir.Su dəfn evini basıb və bir neçə tabutun dəfn evinin anbarından aparılmasına səbəb olub.
Braziliya əyalətində fövqəladə vəziyyət elan edilib.Təbii fəlakət nəticəsində qırx səkkiz nəfər ölüb.
Daha əvvəl Fransada 100.000 hektardan çox ərazi su altında qalmışdı. Daşqın Qaron, Luara və Şaranta çay hövzələrindəki yaşayış məntəqələrinə təsir etmişdi.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər