20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Makron Luvr muzeyi direktorunun istefasını təsdiqlədi
Tarix: 24-02-2026 22:48 | Bölmə: Dünya


 Luvr muzeyinin direktoru Lorens des Kars istefa ərizəsini Fransa Prezidenti Emmanuel Makrona təqdim etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, AFP (Agence France Presse) agentliyinin məlumatına görə, Fransa Prezidenti bu istefa ərizəsini qəbul edib.
İstefa ərizəsini qəbul edən Fransa Prezidenti bunu "məsuliyyət aktı" adlandırıb.
Laurens des Kars 2021-ci ildən bəri Luvr muzeyinə rəhbərlik edir. O, Parisdəki əsas muzeyə rəhbərlik edən ilk qadın olub.
Partlayışa davamlı qığılcımdan qorunma baryerləri
Luvr muzeyi son zamanlar bir sıra problemlərlə üzləşib, o cümlədən 2025-ci ilin oktyabr ayında baş verən soyğunçuluq, işçilərin tətili və bir neçə sərgi salonunun kanalizasiya ilə dolması.
"The Telegraph" qəzetinin 23 fevral tarixli məlumatına görə, milyarder əleyhinə "Hamı Elondan Nifrət Edir" hərəkatının fəalları Luvrda keçmiş şahzadə Endryu Mauntbatten-Vindzorun Epşteyn işi üzrə polis dindirməsindən sonra çəkilmiş şəklini asıblar. Britaniya kralı III Çarlzın qardaşının fotosunun altındakı yazıda deyilir: "İndi o, tərləyir, 2026".




Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər