21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Meksikada futbol matçları narkobaronun qətlindən sonra baş verən iğtişaşlar səbəbindən təxirə salınıb
Tarix: 23-02-2026 14:29 | Bölmə: Dünya


 Meksikada bir neçə futbol matçı narkobaronun qətlindən sonra baş verən iğtişaşlar səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Kişilərin yüksək divizionunda "Keretaro" və "Juarez", eləcə də qadınlar liqasında "Çivas" və "Amerika" arasında oyun təxirə salınıb.Bundan əlavə, Meksikanın ikinci divizionunda iki oyun ləğv edilib.
Bazar günü Meksika Müdafiə Nazirliyi Halisco Yeni Nəsil kartelinin lideri El Menço kimi tanınan Nemesio Oseguera Servantesin ölümünü təsdiqləyib.
Bu, ölkə daxilində geniş miqyaslı iğtişaşlara səbəb olub.İnsanlar magistral yolları bağlayaraq avtomobilləri yandırmağa başlayıblar.
Meksikanın bu yay Dünya Kubokuna ev sahibliyi etməsi planlaşdırılır. Meksika Futbol Federasiyası hələlik Dünya Kuboku oyunlarının mümkün təxirə salınması ilə bağlı heç bir açıqlama verməyib.




Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər