21:32 / 16-02-2026
Xalq artisti vəfat etdi
15:19 / 16-02-2026
10 canavar qeydə alınıb
Bütün xəbərlər
Filippot Hindistanda Makronun həyat yoldaşının qarşısındakı davranışını lağa qoydu
Tarix: 17-02-2026 20:10 | Bölmə: Dünya


 Fransanın sağçı "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot, 17 fevralda üç günlük rəsmi səfər üçün gəldiyi Hindistan hava limanında Fransa prezidenti Emmanuel Makronun təyyarədən enərkənki davranışını sosial media səhifəsi X-də lağa qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, medianın yayımladığı görüntülərdə təyyarənin qapısı enişdən sonra açılanda Yelisey Sarayının rəhbəri qəfildən kabinəyə girdiyi və həyat yoldaşı Briciti paparassilərlə tək qoyduğu görünür. Prezidentin həyat yoldaşı ekipaj üzvlərindən birinə tərəf dönərək ona nəsə deyib. Qısa müddət sonra Makron geri qayıdıb və cütlük pilləkənlərdən enməyə başlayıb.
Bəs orada nə baş verdi?!
Filippot tərəfindən yazılıb.
Makronların münasibətlərinin medianın diqqət mərkəzində olması ilk dəfə deyil. Məsələn, 2025-ci ilin may ayında Vyetnamda jurnalistlər Fransa prezidentinin həyat yoldaşı tərəfindən şillələnməsini görüntüləyiblər. Fransa liderinə yaxın mənbə bildirib ki, cütlük arasında "ailə münaqişəsi" olub.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər