21:32 / 16-02-2026
Xalq artisti vəfat etdi
15:19 / 16-02-2026
10 canavar qeydə alınıb
Bütün xəbərlər
Tramp Yəməndəki Səudiyyə Ərəbistanı-BƏƏ münaqişəsini həll edə biləcəyini söylədi
Tarix: 17-02-2026 11:37 | Bölmə: Dünya


 ABŞ prezidenti Donald Tramp ölkələrin Yəməndəki fərqli maraqları səbəbindən yaranan Səudiyyə Ərəbistanı-BƏƏ münaqişəsini "çox asanlıqla" həll etməyə hazır olduğunu söylədi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu jurnalistlərə özünün "Air Force One" təyyarəsində bildirib. Ağ Evin YouTube kanalı Amerika liderinin mətbuatla söhbətini yayımlayıb.
Trampın sözlərinə görə, o, iki Yaxın Şərq ölkəsi arasında münasibətlərin normallaşdırılması ilə məşğul deyil, amma bunu öz üzərinə götürə bilər.
Mən bunu çox asanlıqla həll edə bilərəm. Onların (Səudiyyə Ərəbistanı və BƏƏ – red.) fikir ayrılıqları var və biz (ABŞ – red.) onları çox asanlıqla həll edə bilərik.
Tramp inanır.
Bir müddət əvvəl Amerika lideri Əbu-Dabi ilə Ər-Riyad arasında münasibətlərin pisləşməsinə səbəb olan Yəməndəki münaqişəyə müdaxilə etməyə hazır olduğunu bəyan etmişdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər